"Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşündə bir sıra əhəmiyyətli məsələlər öz həllini tapacaq". Bunu SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.O, qeyd edib ki, Rusiya Ermənistanı üçtərəfli bəyanatda nəzərdə tutulan bütün razılaşmaları həyata keçirməyə məcbur edəcək.Asim Mollazadə bu haqda fikirlərini belə izah edib: "Zəngəzur dəhlizinin açılması, delimitasiya və demarkasiya məsələlərinə və sülh sazişinə imza atmağa Rusiya tərəfindən Ermənistan vadar ediləcək. Çünki Rusiyanın da maraqlarına uyğundur ki, Cənubi Qafqazda sülh olsun, nəqliyyat dəhlizləri açılsın. Bunlara Rusiya özü rəhbərlik edəcək.Azərbaycanın istəyi əsas ondan ibarətdir ki, tezliklə kommunikasiya xətləri açılsın. Bununla da bölgədə stabillik və əmin-amanlıq şəraitində əməkdaşlıq mühiti yaransın".
Müəllif: Turqay Musayev