PDF Oxu

Siyasət

  • 2 796

Qubada şəhid Rəvan Əliyevin əziz xatirəsi anılıb

Qubada şəhid Rəvan Əliyevin əziz xatirəsi anılıb

Vətən müharibəsinin ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və partiya fəalları tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçərək, şəhadətə yüksəlmiş Quba şəhərindən olan qəhrəman vətən oğlu Əliyev Rəvan Yusif oğlunun ildönümü ilə əlaqədar və Qubanın Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb. Xatırladaq ki, şəhidimiz cəbhənin Ağdam, Cəbrayıl Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib, xüsusi qəhrəmanlıq göstərib. Oktyabr ayının 22-də Zəngilan istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Rəvan Əliyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhidimiz "Vətən uğrunda", "İgidliyə görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub. İndi Zəngilandakı postlardan biri "Rəvan postu", Quba şəhərinin küçələrindən biri "Rəvan Əliyev" küçəsi adlanır.YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək, Şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərimizin, qazilərimizin keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir.Sonra Y.Abidov şəhid ailəsinin problemləri ilə maraqlanıb və ailəsinə səbr diləyib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər