31.10.2021-ci il tarixində Gədəbəy rayon RİH başçısının vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Milli Məclisin deputatı Sevinc xanım Hüseynovanın köməkçisi Elxan İsmayılov, YAP Gədəbəy rayon təşkilatının gənclər birliyinin üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Şəhidimiz- rayonun Arısu kənd sakini Əliyev Elsəvər Saqib oğlunun ildönümü münasibətilə, ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib ruhuna dualar oxunub. Şəhidin valideynləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Rövşən