Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət edib Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları və fəalları 31 oktyabr 2021- ci il tarixdə 44 günlük Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Biləsuvar rayon Əsgərabad kəndindən olan şəhid Rüstəmli Kənan Yalçın oğlunun ildönümü ilə əlaqədar olaraq ailəsini ziyarət ediblər. Daha sonra Şəhidin məzarı ziyarət edilib və dərin ehtiramla yad edilərək məzarının üzərinə tər gül dəstələri qoyublar. Allah rəhmət eləsin!
RƏFİQƏ