"ABŞ-ın İranla belə davranması, yəni sanksiya tətbiq etməsi təsadüfi deyil". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçi qeyd edib ki, əlbəttə, İran tək ABŞ üçün və ya Avropa üçün yox, bütövlükdə dünya üçün ən problemli ölkə hesab olunur. Çünki İran faktiki olaraq dövlət səviyyəsində həm qonşu ölkələrlə, həm də uzaq xarici ölkələr ilə problemlər yaşayır.Azər Həsrət bu haqda fikirlərini belə izah edib: "Yəni demokratiya, insan haqları, ümumilikdə dünyanın qəbul etdiyi qaydalar, normalar İran üçün keçərli deyil. İran dövləti elə davranır ki, bu davranışlar demokratiyanın öndə getdiyi dövlətlər üçün məqbul sayıla bilməz. Bu baxımdan ABŞ həmişə İrana qarşı sərt sanksiyalar tətbiq edir. İndiki bu sanksiyaların tətbiq edilməsi o qəbildəndir. Yəni, İran dövləti, bütövlükdə İran rejimi dünya ilə təəssüflər olsun ki, hesablaşmaq istəmir. Elə buna görə də, bu cür davranışlarla üz-üzə qalmalı olur. Amma mən düşünürəm ki, hər halda İranı idarə edənlər nəhayət fikirləşməlidirlər ki, bu cür davranışlarla çox uzağa getmək olmaz. Çünki bu cür davranışlar dövlətin, xalqın təcrid olunmasına gətirib çıxaracaq. Bundan əziyyət çəkən İran xalqı olacaq".
Müəllif: Turqay Musayev
yap.org.az