YAP Qax rayon təşkilatının əməkdaşları və gənc partiya fəalları Qax şəhərində yerləşən Şəhidlər Xiyabanına gedərək şəhidlərimizin məzarlarını ziyarət edib, ərazidə təmizlik və abadlıq işləri aparıb və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhlarına dualar oxunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.
ZÜMRÜD