PDF Oxu

Siyasət

  • 2 973

“Bu müharibə və zəfər ədalətin zəfəri kimi qiymətləndirilir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Bu müharibə və zəfər ədalətin zəfəri kimi qiymətləndirilir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Zəfər Günü müasir Azərbaycanın tarixində ən önəmli gündür, çünki bu, müasir Azərbaycan tarixini iki yerə bölür, bunun biri Zəfər Günündən öncəki, digəri də Zəfər Günündən sonrakı mərhələdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.Politoloqun sözlərinə görə, hər bir dövlətin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun ərazisidir və ərazi bütövlüyünün bərpası ən vacib vəzifələrdən biridir ki, bu vəzifəni Azərbaycan Respublikası Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yerinə yetirdi.“Bu müharibə və zəfər Azərbaycanda ədalətin zəfəri kimi qiymətləndirilir. Bu çox vacib olan məsələdir, çünki bu 30 il ərzində Azərbaycanda bir neçə nəsil böyümüşdü ki, ədalətsizlikdən əziyyət çəkirdi. Amma birinci Qarabağ müharibəsindən sonrakı vəziyyət və əsasən də Ümummilli Lider Heydər Əliyevin siyasəti Azərbaycana o inamı qaytardı ki, bu ədalət bərqərar olunacaqdır və cənab İlham Əliyevin dövründə bu belə də oldu. Bu da məntiqi nəticə idi.Üçüncü əsas məsələ ondan ibarətdir ki, bu zəfər Azərbaycanı birləşdirdi və bu birliyi, bu gücü istifadə edərək Azərbaycan gələcəyə baxışını formalaşdırır. Azərbaycan artıq bütün parametrlərlə, kiçik dövlətdən orta güc dövlətlər sırasına daxil olubdur. Azərbaycan bu qələbədən sonra dünya səviyyəsində artıq yeni simada təqdim olunur. Qələbə qazanan dövlət, ən vacib məsələsini özü həll edən dövlət simasında təqdim olunur. Əlbəttə buna çoxlu güclər, resurslar sərf olunmuşdu, amma Azərbaycan buna nail ola bildi. Gələcəyə baxışın formalaşması artıq yeni dövrün vəzifələrindəndir ki, bunu da cənab Prezident bu bir il ərzində nümayiş etdirdi. Bu, birlik, inkişaf, bərpa, dirçəliş və gələcəyə əsas məqsədlərin formalaşdırılmasıdır”, deyə Fərhad Məmmədli bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər