YAP Zaqatala rayon təşkilatının rəhbərliyi, Zaqatala rayon icra hakimiyyətinin rəhbərliyi, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon Dardoqqaz kənd sakini Hacıyev Abakar Məhəmməd oğlunun ildönümü ilə əlaqədar məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirələrini böyük ehtiramla yad ediblər. Daha sonra şəhid ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib və vətəninə sədaqətli gənc kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar.Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya gbrə minnətdarlıqlarını ifadə ediblər. Şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun.
ZÜMRÜD BAYRAMOVA