Ağdamda Zəfər günü münasibəti ilə məktəblərarası Zəfərimiz futbol turniri adlı yarış keçirilib.
Turnir YAP Ağdam rayon təşkilatı, Ağdam rayon Təhsil Şöbəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 8 məktəb komandası arasında baş tutub.
Yarışda birinci yerdə Ağdam rayon 18 saylı köçkün tam orta məktəbi qərarlaşıb.
Qeyd edək ki, turnirin sonunda təltifetmə mərasimində Vətən müharibəsi qaziləri də iştirak ediblər.
yap.org.az