PDF Oxu

Siyasət

  • 2 279

"Üçtərəfli görüşdə müəyyən sənədlərin imzalanması baş tuta bilər" - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Üçtərəfli görüşdə müəyyən sənədlərin imzalanması baş tuta bilər" - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin gözlənilən görüşü ilə bağlı hər üç ölkənin mətbuatında müəyyən fikirlər səsləndirilir. Mən hesab edirəm ki, bunun bir əsası var". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.Siyasi şərhçi qeyd edib ki, çünki bununla bağlı qət edilən bir yol var. Xüsusən, Azərbaycan konstruktiv bir yol nümayiş etdirərək istər baş nazirlər səviyyəsində görüş, istərsə də Ermənistan ilə kommunikasiya xətlərinin, Zəngəzur dəhlizinin açılmasında kifayət qədər siyasi iradə ortaya qoymuşdur. Əlbəttə ki, bununla bağlı Paşinyanın ziddiyətli açıqlamaları Ermənistanın daxilində ona qarşı ictimaiyyətin və müxalifətin ona qarşı təzyiqlərindən irəli gəlir. Müharibədən məğlub şəkildə çıxmış ölkə üçün daxildə bu kimi proseslərin olmasını təbii qarşılamaq olar. Ancaq Paşinyan da başa düşür ki, həm Azərbaycanın siyasi iradəsi, həm də rəsmi Moskvanın məsələ ilə bağlı ortaya qoyduğu siyasi iradə gec-tez bu məsələnin gerçəkləşəcəyindən xəbər verir.Bu barədə Vüqar Əhmədov fikrini belə izah edib: "Ona görə də, mən gözləyirəm ki, qarşıdakı üçtərəfli görüşdə kommunikasiyaların bərpası, iqtisadi əlaqələrin qurulması, Azərbaycanla Ermənistan arasında sülhə gedən yol ilə bağlı müəyyən nəticələri əks etdirən sənədlərin imzalanması gözlənilir. Düşünürəm ki, Azərbaycan müharibədən bir il keçməsinə baxmayaraq Qarabağda kifayət qədər böyük quruculuq işləri görülüb. Beynəlxalq arenada siyasi müstəvidə müəyyən işlərin görülməsi, eyni zamanda Rusiya ilə bu istiqamətdə işlərin aparılması ilə mən hesab edirəm ki, Azərbaycan bu istiqamətdə kifayət qədər məqsədyönlü iş aparıb. Buna görə də, mən hesab edirəm ki, yaxın vaxtda gözlənilən üçtərəfli görüşdə müəyyən sənədlərin imzalanması baş tuta bilər.

Müəllif: Turqay Musayev

Digər xəbərlər