Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə hər il 27 sentyabr Anım, 8 noyabr isə Zəfər bayramı günləri kimi qeyd ediləcək. Bu gün artıq bütün Azərbaycan xalqı, bütün türk dünyası Zəfər Günümüzü böyük coşqu, qürurla qarşılamaqdadır. Çünki sentyabrın 27-dən başlayan və 2020-ci il noyabrın 10-da Rusiya Federasiyası Prezidenti Vladimir Putinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə bəyanat imzalaması Ermənistanın hərbi təslim aktı ilə başa çatan 44 günlük Vətən müharibəsi Zəfərlə başa vuraraq Qarabağımıza qovuşduq, Ermənistan isə kapituliasiya oldu. Nə üçün? Çünki hərbi əməliyyatların başladığı ilk gündən cənab Prezident İlham Əliyev Ermənistan qarşısında tək bir şərt, bir tələb irəli sürmüşdü. Bildirmişdi ki, Ermənistanın xarici işlər naziri, müdafiə naziri və ya başqa kimsə deyil, şəxsən baş nazir Nikol Paşinyan işğalçı qoşunların nə zaman çıxarılacağına dair qəti fikrini bildirdikdən və konkret cədvəl verdikdən sonra hərbi əməliyyatlar dayandırılcaq.Nəticəsi nə oldu? Bir neçə ay əvvəl Azərbaycan qarşısında 7 şərt irəli sürən Nikol Paşinyan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin yeganə şərtini qəbul etməyə və onun müzəffər komandan çəkmələrinin qarşısında ikiqat diz çökərək hərbi təslim aktını imzalamağa məcbur oldu. 44 günlük müharibə nəticəsində Azərbaycan dövləti niyyətinə nail oldu. Qəhrəman Azərbaycan əsgərlərinin, gizir və zabitlərinin şücaəti sayəsində düşmən yenildi. Azərbaycan Respublikası, ordusu və xalqı bu müharibədən qalib çıxdı.Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlının qəlbində xüsusi milli-mənəvi yeri olan Şuşanın azad edilməsi ilə bütün Qarabağı Azərbaycana qaytardı. Tarixən belə deyilib: Şuşa Qarabağın açarıdır, Şuşa kimdədirsə, Qarabağ da ondadır. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, Şuşasız Azərbaycan yoxdur. Şuşanın işğaldan azad edilməsi və yenidən qovuşması Azərbaycanın varlığı, inkişafı və daha güclü dövlət olması deməkdir. Prezident İlham Əliyev Azərbaycan üzüyünün qaşı olan Şuşanı qaytarıb yerinə qoymaqla tariximizdə mümkün olmayanı mümkün etdi, yuxularımızı, xəyallarımızı gerçəkləşdirdi. 44 günlük müharibədə Prezident İlham Əliyev təkcə Azərbaycanı qalib etmədi, eyni zamanda, müasir dünya siyasətində həllini gözləyən bir sıra məsələləri uğurla həll etdi. Hər şeydən əvvəl, Azərbaycan Respublikası dövləti bu qələbəsi ilə BMT Təhlükəszilik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirərək dünya müdiriyyəti adlandırılan bu təşkilatın nüfuzunu, ona olan inamı bərpa etdi.Ermənistan təkcə hərb meydanında məğlub edilmədi, Prezident İlham Əliyev dünyanın məşhur KİV-inə verdiyi müsahibələri ilə bir neçə yüz il boyunca dünyanı aldadan uydurma erməni təbliğatını təkbaşına darmadağın etdi. Yüz milyonlarla insan erməni yalanlarını başa düşdü. Dünya erməni faşizminin içi üzünü gördü. Bir daha məlum oldu ki, erməni faşizmi nasizmdən daha qəddar və iyrəncdir.Və Azərbaycan xalqı böyük sevinc və qürur hissi ilə 44 günlük Vətən müharibəsinin başlanmasının birinci il dönümünü qeyd edir. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun həyata keçirdiyi Zəfər yürüşü Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyaraq Qarabağımıza qovuşduğumuz gündür. Qələbən mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!
HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən
sia.az