PDF Oxu

Siyasət

  • 2 057

“AXCP və Müsavat kimi partiyalar ayrı-ayrı fondlara bağlıdırlar” AÇIQLAMA

“AXCP və Müsavat kimi partiyalar ayrı-ayrı fondlara bağlıdırlar” AÇIQLAMA

“2020-ci il 27 sentyabr Azərbaycan xalqının tarixində unudulmaz günlərdən birinə çevrildi. 27 sentyabr Böyük Qələbəmizə aparan yolun başlanğıcıdır, qürurverici bir gündür”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan xalqı vətənpərvər, qəhrəman xalqdır, vətəni, bayrağı, dövləti canından əziz bilir: “Lakin bu gün bu parlaq qələbəyə kölgə salmaq istəyən bəzi qüvvələr var. Amma onların bu parlaq qələbəyə kölgə salmağa gücü çatmayacaqdır. Bu gün Azərbaycan inkişaf yolundadır. Prezidentimiz Azərbaycan dövlətini daha da sürətli şəkildə inkişaf etdirmək üçün çox çeşidli tədbirlər həyata keçirir. İnkişaf etmiş Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq istəyən həm xaricdə, həm də daxildə qüvvələr var. Yəni ölkəmizin inkişaf etməsi həmin qüvvələri qıcıqlandırır və bu inkişafdan çox narahat olurlar. Həmin qüvvələr bu inkişafa kölgə salmaq üçün müxtəlif variantlardan, o cümlədən, həmin müxalif ünsürlərdən alət kimi istifadə edirlər. Amma müxalifət düşərgəsini təmsil edən qüvvələr bu gün nə etməsindən və nə istəməsindən asılı olmayaraq onların ölkəmizlə bağlı məkrli planları heç vaxt baş tutmayacaq. Çünki həmin qüvvələr cəmiyyət tərəfindən dəstəklənməyən qüvvələrdir. AXCP, Müsavat kimi partiyalar ayrı-ayrı qütblərə, ayrı-ayrı fondlara bağlıdırlar. Bugünkü reallıq onu təsdiq edir ki, müxalifət çox acınacaqlı bir durumdadır. Sadəcə olaraq, bunlar gündəmə gəlmək üçün çox müxtəlif çeşidli üsullara əl atırlar. Normal siyasi fəaliyyət göstərməmələri ucbatından cəmiyyət tərəfindən qəbul edilmir”.

Müəllif: Gülyana

Digər xəbərlər