PDF Oxu

Siyasət

  • 2 792

"Böyük işlər görülür, böyük addımlar atılır” - ŞƏRH EDİLDİ

"Böyük işlər görülür, böyük addımlar atılır” - ŞƏRH EDİLDİ

“Cənab Prezidentin Şamaxıya və İsmayıllı rayonlarına səfər etməsinin böyük əhəmiyyəti var”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, məlum olduğu kimi hal-hazırda Qarabağda abadlıq-quruculuq işləri həyata keçirilir: “Bu gün ölkəmizin əsas diqqəti Qarabağa yönəlib. Bütün bunların fonunda isə cənab Prezident Azərbaycanın digər rayonlarını da diqqətdə saxlayır. İsmayıllıda və Şamaxıda da məscidlərin təmir olunması, yaradacılıq mərkəzlərinin istifadəyə verilməsi ölkə başçısının bu əraziləri diqqətdə saxladığının bariz nümunəsidir. Ümumiyyətlə hər bir səfər onu göstərir ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün rayonlarımıza, bütün ərazilərimizə xüsusi diqqət və qayğı göstərir. Dövlətin əsas siyasətinin mahiyyətində regionların inkişafı, abadlaşdırılması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində işlər təşkil edir. Bu gün qarşıda duran ən vacib məsələlərdən biri bölgələrin inkişafıdır. Bu gün bu siyasəti cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla həyata keçirirlər. Artıq Azərbaycanın bölgələri də paytaxt kimi inkişaf edir. Burada böyük işlər görülür, böyük addımlar atılır”.

Arzu Qurbanzadə

Digər xəbərlər