“Dəmir yumruğun” 44 gün əməliyyatı ilə Azərbaycanımızın Zəfər salnaməsi yazıldı. 44 gün ərzində 30 il işğalçı Ermənistanın əsarətində olan torpaqlarımızı Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının “Dəmir yumruq” siyasəti altında Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə işğaldan azad etdi, torpaqların sahibləri öz torpağına sahib oldu. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə o günü – Zəfər gününü yetişdirdi. Prezident İlham Əliyev xalqımıza Novruz təbrikini Şuşadan ünvanladı: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir”.Prezident İlham Əliyev 3 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi: «Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”. Artıq o gün, bu gün qələbəmizin – Zəfər günümüzün bir ili qarşısındayıq. Artıq bu gün bütün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayraqlarımız dalğalanır. «Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan mövcud deyil» deyən Qalib Sərkərdəmiz, Prezident İlham Əliyev 44 gün ərzində 30 illik həsrətə son qoymaqla Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, həm də bu torpaqların azad edilməsi istiqamətində canlarından keçən bütün şəhidlərimizin ruhunu şad etdi. Bəlkə də son 30 ildə xalqımız bu qədər qürurlu, güvəndli olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməmiz yazıldı, bütövləşən Azərbaycanımız, Qarabağ Azərbaycanımıza qovuşduq. Bu Böyük Qələbə Prezident İlham Əliyevin son 18 illik prezidentlik fəaliyyəti dövründə bütün sahələrdə sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanmasının reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm».Bəli, 8 noyabr 2020-ci il Zəfər Günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Bu xalq-ordu-lider vəhdəti, birliyi dəmir yumruğa çevrildi və bu yumruq 8 noyabr Zəfərini tarixə yazdı.Bu bir ildə ən böyük Zəfər günü Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 29 ildən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən «Xarıbülbül» musiqi festivalı oldu. «Xarıbülbül» festivalının açılışı zamanı Qalib Sərkərdəmiz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, onların ailə üzvləri də tədbirdə iştirak edərək xalq-iqtidar həmrəyliyini nümayiş etdirdilər. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bildirdi: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.
Hər günü bir tarixi qələbə olan 44 gün
Bəli, 44 günlük müharibədə Prezident İlham Əliyev təkcə Azərbaycanı qalib etmədi, eyni zamanda, müasir dünya siyasətində həllini gözləyən bir sıra məsələləri uğurla həll etdi. Hər şeydən əvvəl, Azərbaycan Respublikası dövləti bu qələbəsi ilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirərək dünya müdiriyyəti adlandırılan bu təşkilatın nüfuzunu, ona olan inamı bərpa etdi. Və 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü xalqımızın tarixinə qələbə kimi yazıldı. Bu Zəfəri şəhidlərimizin canı, qanı bahasına əldə etdik. Şəhidlərimizin əziz xatirəsinə həsr olunan, 29 ildən sonra li qürurumuzun təqdimatı oldu. Üçüncü dəfə Şuşaya səfər edən möhtərəm Prezidentimiz İlham Əliyev bu fikri böyük qürurla, sevinclə qeyd etdi ki, mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur.Bir sözlə, imza atdığımız bu Zəfər sayəsində Azərbaycanın ərazisi bütövləşdi və qalib xalq olaraq regionda yeni reallıq yaratdı. Amma təəssüflər olsun ki, qanı bahasına əldə etdiyimiz Böyük qələbəyə kölgə salmaq istəyən qüvvələr var. Onlar dərk etməlidirlər ki, ermənipərəst mövqelərinə görə xalqın qəzəbinə tuş gəlirlər. Çünki bu zəfərə Ali Baş Komandanın seçdiyi «dəmir yumruq» əməliyyatı ilə 44 gündə 30 ildə həlli mümkün olmayan Qarabağ Azərbaycandırın həllinə nail olundu. Və bu gün də dəmir yumruq yerindədir və lazım olan yerdə lazım olan vaxt yenə özünü göstərə bilər. Və bu gün Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən noyabrın 8-də keçirilən Zəfər Gününü bir daha Ali Baş Komandanımız, Prezident İlham Əliyev sərkərdə qətiyyəti və siyasi müdrikliklə Qarabağ Azərbaycandır!, bütövlüyümüzə nail olduğumuz tarixi, şanlı günümüz - Zəfər Günün mübarək, Azərbaycan!
ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri