Azərbaycanın paytaxtı Bakıda Qarabağ Qələbəsinin 1-ci ilində Zəfər Yarmarkası qurulub. SİA bu barədə türk mətbuatı məlumat yayıb....Xəzər dənizi sahilindəki Milli Bulvarda qurulan yarmarkada qida məhsulları, kitab və hədiyyəlik əşyalar satışa təqdim edilir.Yarmarkada İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun istifadə etdiyi zirehli maşınlar, silah və təchizat da sərgilənir.Yarış və uşaqlar üçün əyləncəli fəaliyyətlərin təşkil edildiyi yarmarkaya vətəndaşlar böyük maraq göstərir.Pəhləvanların ağır daşlarla nümayiş etdirdiyi ənənəvi səhnələr yarmarkaya rəng qatır.Gəlirinin şəhid ailələri və qazilərin problemlərini həll etmək üçün Azərbaycan hökuməti tərəfindən qurulan Yaşat Fonduna köçürüləcəyi yarmarka 9 noyabra qədər sürəcək.
sia.az