"Qlobal Bakı Forumu Azərbaycanın həm problemlərinin çatdırılması, həm də bu dövrdə Zəfər bayramı ərəfəsində Azərbaycanın Qarabağla bağlı konsepsiyasının, Qarabağın gələcəyi ilə bağlı baxışlarının çatdırılması baxımından önəmli bir forumdur". Bunu SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib.Onun sözlərinə görə, forumun əhəmiyyəti, Azərbaycana faydaları ondan ibarətdir ki, müxtəlif ölkələrdən insanlar gəlir və ölkəmizdə hansı proseslərin getdiyini görürülər. Məncə, burada hər hansı bir şəkildə fürsətləri dəyərləndirmək lazımdır. Burada olan çıxışlarda həm Azərbaycana aid məsələlər, həm də ümumi dünyaya aid məsələlər müzakirə olunub öz həllini tapacaq. Burada dünyanı əhatə edən covid-19 pandemiyasının həlli yolları, pandemiya dövründəki iqtisadiyyatda yaranan məsələlərin həlli yollarından danışılacaq. Bu kimi tədbirlər və ya forumlar ölkənin təbliğatı baxımından olduqca önəmlidir. Ümid edirəm ki, biz bunu səmərəli dəyərləndirərik".
Müəllif: Abutel İlhamqızı