PDF Oxu

Siyasət

  • 2 901

"Forum uzunmüddətli hədəflərə hesablanıb" - ŞƏRH EDİLDİ

"Forum uzunmüddətli hədəflərə hesablanıb" - ŞƏRH EDİLDİ

"Məlumdur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgə yaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verməkdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.Onun sözlərinə görə, Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyevin himayəsi altında, Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərən Qlobal Bakı Forumunun timsalında biz bu məqsədlərə doğru kifayət qədər yol qət edildiyinin şahidiyik: "Bildiyiniz kimi bu gündən etibarən Qlobal Bakı Forumunun “COVID-19-dan sonrakı dünya” mövzusu ilə növbəti toplantısı başlanıb. Əlbəttə, dediyimiz kimi bu ilk toplantı deyil, lakin, əvvəlki görüşlərdən köklü fərqlənir. Əvvəlcə ondan başlayaq ki, Azərbaycan bir il öncəki dövlət deyil. Biz işğala təcavüzə son qoyub yeni reallıq yaratmış diktə edən hərbi-siyasi gücük. Ən əsası isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaranma məqsədini ehtiva edən dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması ali niyyətlərini Cənubi Qafqazda böyük ölçüdə bərpa etmişik. Hansı ki, aidiyyatı güclər, qlobal təsisatlar bunu etməli idilər, onlar tərəfindən ilk növbədə beynəlxlaq hüquqa hörmət təmin olunmalı idi. Lakin, Azərbaycan 30 illik səbrdən sonra özü bunu hərbi-siyasi yolla həll etməyə məcbur oldu və bu gün cənab Prezident İlham Əliyevin istənilən yüksək səviyyəli auditoriya qarşısında bu mövzuda danışmağa, dünyaya dərs keçməyə tam mənada haqqı var. Bu mənada davam edən Forumun mövzusuna baxsaq, artıq biz məhz yeni reallıq məzmununda, Azərbaycanın fərqli prizmada, qlobal lider obrazını müşahidə edirik. Azərbaycan necə ki, pandemiya dövrü, eləcə də post-pandemiya periodunda bəşəri təşəbbüslərə lokomativlik etməkdədir. Bu prosesə qlobal liderlərin, keçmiş dövlət rəhbərləri, baş nazirlərin daxil olduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi təsisatın, beyin mərkəzinin da töhfəsini verməsi strateji əhəmiyyət daşıyır və uzunmüddətli hədəflərə hesablanıb".

Arzu Qurbanzadə

Digər xəbərlər