Siyasət

  • 2 542

YAP Göygöl rayon təşkilatı Zəfər Günü ilə bağlı tədbirləri davam etdirir

image

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti ərazi ilk partiya təşkilatında 8 Noyabr – Zəfər Gününə həsr edilmiş növbəti tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının məsul əməkdaşı Zamir Hüseynov Zəfər Gününün əhəmiyyətindən bəhs edib: “Tarixi Azərbaycan əraziləri 30 ilə yaxın müddətdən sonra Şanlı Ordumuzun, onun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində azad olundu. 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinin, demək olar ki, hər gününü zəfərlə başa vuran Azərbaycan Ordusu xalqımıza şərəfli, xoş günlər yaşatdı”.
Sonra çıxış edən 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədr müavini Bəxtiyar Həsənov vurğulayıb ki, artıq işğaldan azad olunmuş ərazilərimiz ziyarət edilir, orada görüşlər keçirilir, yenidənqurma və bərpa işləri aparılır: “Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha Ermənistanın vandalizm siyasətinə diqqət yetirilməklə yanaşı, bundan sonra görüləcək işlərdən də söz açdı. Dövlət başçısı görüşdə bir il öncə təcavüzkarlara “Dəmir yumruq”la verilən dərslə yanaşı, xalq, ordu və hakimiyyət birliyinin əldə etdiyi zəfərə xüsusi diqqət ayırdı. Hadrutun azad edilməsinin çətinliyi ilə yanaşı, onun necə bir strateji məntəqə olduğu da diqqətə çatdırıldı. Dövlət başçısı digər azad edilmiş ərazilərimizdə olduğu kimi, Hadrutun da bərpası işlərinə start verildiyini, dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yollarının çəkiləcəyini müjdələdi”.
Daha sonra YAP Göygöl rayon təşkilatının məsləhətçisi Aygün Həsənova, və digərləri tədbirdə çıxış edərək bildiriblər ki, 44 günlük Vətən müharibəsi yalnız işğal altında qalan tarixi Azərbaycan torpaqlarının azad edilməsi ilə deyil, xalqımızın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərlərinin də təcavüzkarların tapdağından xilası ilə nəticələndi.

yap.org.az

Digər xəbərlər