Paşinyan növbəti dəfə yalan danışır və deyir ki, erməni qoşunları Sünik sərhədindən çıxarılmasaydı, yeni müharibə başlayacaqdı. SİA xəbər verir ki, bu sözləri Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan bu gün keçirdiyi mətbuat konfransında söyləyib.
Armen Aşotyan, ilk növbədə, qoşunların çıxarılması haqqında əmrin etibarlılığını şübhə altına alan bir neçə faktı açıqlayıb.
“Birincisi, qoşunları Zəngilandan və Qubadludan çıxarmaq lazım idisə, noyabrın 9-da niyə bu sənəddə yazılmayıb? Axı Putin-Əliyev-Paşinyan sənədi imzalananda bu sənəddə qrafikə uyğun olaraq bütün bölgələr göstərilmişdi. Bəs niyə orada Zəngilan və Qubatlunu qeyd etmirlər?”, deyə Aşotyan sual ünvanlayıb.
Armen Aşotyanın fikrincə, müharibə dayandırılıbsa və erməni tərəfinə qoşunların çıxarılması tələbi təqdim olunmayıbsa, bu, yeni müharibənin başlaya bilməyəcəyi anlamına gəlir.
“İkincisi, dekabrın 17-də, xəyanətkar sənədin imzalanmasından təxminən 40 gün sonra Nikol bəyan edir ki, əgər qoşunlar çıxarılmasaydı, müharibə başlayardı, o zaman xatırlamalıyıq ki, Rusiya atəşkəs və atəşkəsin təminatçısıdır. Niyə 40 gündən sonra Nikol bizi müharibə ilə qorxudur, bir halda ki, noyabrın 9-da Rusiyanın zəmanəti ilə artıq atəşkəs bağlanıb? deyə Armen Aşotyan qeyd edib.
Aşotyanın sözlərinə görə, qoşunların çıxarılması ilə bağlı konkret tələb olmadığı halda, Gorus-Qafan yolunun mühafizəsiz qaldığı halda yeni müharibənin real riski, qoşunların belə geri çəkilməsi konkret nəticələr çıxarmağa əsas verir.
“Niyə qoşunları elə bir məsafəyə çəkdi ki, Gorus-Qafan yolu mühafizəsiz qaldı? Axı siz prosesdəsinizsə və bir az da vətəninizi sevirsinizsə, ağıllısınızsa, deyə bilərsiniz ki, mən qoşunları çıxarıram və delimitasiya məsələləri həll olunana qədər, deyək ki, demarkasiya və digər problemlərinin həll olunması üçün Gorus-Qafan yolunda 5 kilometrlik bufer verirəm", deyə Armen Aşotyan fikirlərini yekunlaşdırıb.
Onun sözlərinə görə, sadə təhlil nəticəsində yalnız bir nəticə çıxarmaq olar ki, Nikol yenə yalan danışır, yenə ”erməniləri“ aldadıb və bunu kinli şəkildə bəyan edir, çünki o, cəzasız qalıb.