PDF Oxu

Siyasət

  • 2 314

“Bu gün biz tariximizin ən şərəfli günlərindən birini yaşayırıq” - DEPUTAT ŞƏRH ETDİ

“Bu gün biz tariximizin ən şərəfli günlərindən birini yaşayırıq” - DEPUTAT ŞƏRH ETDİ

“Bu günün tarixi olduqca əhəmiyyətlidir və çox böyükdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, son 200 illik tariximizdə ilk dəfədir ki, torpaq itirmədik: “Əksinə itirilmiş torpaqlarımızı bərpa etdik. Bu gün biz bu baxımdan tariximizin ən şanlı, ən şərəfli, ən qürurlu günlərindən birini yaşayırıq. Bizə deyirdilər ki, siz müharibə edə bilməzsiniz. Siz torpaqlarınızı işğaldan azad edə bilməzsiniz: "Amma biz bu sözlərə, bu cəhdlərə baxmayaraq öz torpaqlarımızı işğaldan azad etdik. Bu gün Azərbaycan xalqı bu qələbənin bir illiyini qeyd edir. Bu qələbəni bir neçə alim təmin etdi. Bizim birliyimiz, həmrəyliyimiz, cənab Prezidentin qətiyyəti ilə, rəşadətli ordumuzun qəhrəmanlığı ilə biz bu qələbəni çaldıq. Bu gün bizim qarşımızda duran ən vacib məsələlərdən biri də bu birliyi və həmrəyliyi qorumaq, cənab Prezidentin ətrafında sıx birləşməkdir. Qarşımızda bizi hələ çox qələbələr gözləyir”.

Arzu Qurbanzadə

Digər xəbərlər