PDF Oxu

Siyasət

  • 2 198

"Xalq birlik olanda müharibədən qələbə ilə çıxır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Xalq birlik olanda müharibədən qələbə ilə çıxır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu gün 8 noyabr- Zəfər Günü bayramıdır. Bu bayram Azərbaycan xalqının bütün tarixində ən şərəfli bayramlardan biridir.” Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev bildirib.

Onun sözlərinə görə, hər bir millətin müstəqillik günü var amma hər bir millətin Zəfər Günü yoxdur: “Zəfər Günü təkcə indiki nəsillər üçün deyil, həm də gələcək nəsillər üçün də çox böyük bir xoşbəxtlikdir ki, biz 30 il ərzində işğal altında qalmış toroaqlarımızı 44 günlük şanlı vətən savaşında azad edə bildik. Vətən savaşının heç şübhəsiz ki, bundan sonra da xronologiyası öyrəniləcək, bu savaşın qələbə formulu müəyyənləşəcək. Zəfər formulunun əsasında 3 mənbə dayanırdı. Ali Kaş komandan, Azərbaycan ordusu və Azərbaycan xalqı və məhz bu üç vacib komponentin birliyi zəfərimizi bizə bəxş etdi. Biz 44 günlük müharibədə qalib gəldik amma bu müharibəyə biz 27 il yol qət etmişik. Məhz 1993-cü ilin 15 iyununda ümümmilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtmasından sonra Azərbaycan dövlətçiliyinin əsasları qoyuldu və Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi strategiyası müəyyənləşdi. 1994-cü ilin 12 mayında Bişkek protokulu ilə müharibə dayandırıldı. O zamanlar bizim üçün çox ağrılı və perspektivsiz bir müharibə idi. O zaman ordu yox idi, dövlət qurulmamışdı, xalq pərakəndə idi və bizim qələbə ilə müharibəni bitirmək üçün heç bir şansımız yox idi. Elə məhz ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə müharibəni dayandırdı və Azərbaycanın gücləndirilməsinə xidmət edən dövlətçilik siyasətini həyata keçirməyə başladı. 2003-cü ildən sonra isə bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən yeni tələblərə uyğun şəkildə müasirləşdirilərək irəliyə aparıldı və milli ordu quruculuğunda böyük uğurlar əldə olundu. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaranması, ordumuzun bugünkü general və zabit heyətini təşkil edən şəxslərin NATO standartları səviyyəsində qardaş Türkiyədə və digər ölkələrdə hazırlıqlar keçməsi və Azərbaycan ordusunun maddi, texniki bazasının gücləndirilməsi eyni zamanda vətənpərvərlik ruhunun daim tərbiyə olunması və bu ruhun yüksək saxlanılması ordumuzun döyüş qabiliyyətini yüksək səviyyədə təşkil edən amillərdən biri idi ki, bu da cənab Prezident ordu quruculuğu siyasətinin ən mühüm istiqaməti idi. Digər tərəfdən vətəndaş həmrəyliyinin yaranması cənab Prezidentin apardığı daxili siyasətin uğurlu nəticəsi idi ki, bu 44 günlük vətən müharibəsində biz Azərbaycan xalqının demək olarki, hamısının cənab Prezidentin və ordunun yanında olduğunu, əlindən gələn dəstəyi gpstərdiyini gördük. oldu. Eyni zamanda cənab Prezidentin apardığı uğurlu xarici siyasət sayəsində Azərbaycanın nə qədər çox dostu olduğunu və Azərbaycanı istəməyən, erməniləri dəstəkləyən qüvvələrin isə nə qədər az olduğunu gördük.Uzun illər ərzində bizim beynəlxalq münasibətlərdə düzgün siyasət aparmağımız bütün beynəlxalq hüquq normalarının Azərbaycanın xeyrinə və torpaqlarımızın işğaldan azad edilməsinə xidmət edən qərarların qəbul edilməsi də beynəlxalq müstəvidə ermənipərəst qüvvələri tərkisilah etmiş oldu. 44 günlük müharibə dövründə cənab Ali Baş Komandan Prezident İlham Əliyevin öz xalqının əsl lideri kimi tək başına informasiya müharibəsində qalib gəlmiş oldu. 30-dan çox müxtəlif ölkələrin, şirkətlərin, agentliklərin televiziya, sayt, qəzet müxbirlərinə müsahibə verməklə təkcə 44 günlük vətən müharibəsində Azərbaycanın qələbəsinin ideoloji tərəflərini təmin etmədi, eyni zamanda Azərbaycanın tarixini, Azərbaycan xalqının xarakterini bir daha bütün dünyaya tanıtmış oldu. Bu bizim ən şərəfli günlərimizdən biridir. Heç şübhəsiz ki, bu şərəfli günü bizə yaşadan Azərbaycan ordusunun şəhidlərinə və qazilərinə borcluyuq. Şəhidlərimizi rəhmətlə anırıq, ailə üzvlərinə daim öz minnətdarlığımızı bildiririk və qazilərimizə də Allahdan təcili şəfalar arzulayırıq. Bu müharibə həm də bizə çox yaxşı dərs oldu. Hamsı ki, bu dərslər həm Azərbaycan-Türkiyə birliyinin, Azərbaycan-Pakistan birliyinin, həm də bütövlükdə türk birliyinin nə qədər vacib olduğunu bizə də, dünyaya da göstərmiş oldu. Eyni zamanda dünyanın 50-yə yaxın ölkələrində milli-etnik zəmində münaqişələr və müharibələr gedir. O ölkələrin xalqlarına da bir ibrət dərsi oldu ki, xalq bir yerdə olanda bu münaqişələrdən, müharibələrdən qalibiyyətlə çıxır. Vacib məqamlardan biri də erməni faşizminin belinin qırılması oldu ki, dünyada bir daha belə faşist ideologiyalar baş qaldırmasın. Heç şübhəsiz ki, bundan sonrakı dövrlərdə Azərbaycan artıq regionda əsl və müstəsna söz sahibi kimi tariximizə düşəcəkdir”.

Digər xəbərlər