PDF Oxu

Siyasət

  • 2 635

"Ermənistan yarımdövlət statusunda olan bir qurumdur" - POLİTOLOQ AÇIQLADI

"Ermənistan yarımdövlət statusunda olan bir qurumdur" - POLİTOLOQ AÇIQLADI

“Erməni təxribatlarının arxasında əslində Ermənistanda olan revanşist qüvvələr və onları dəstəkləyən ölkələr durur. Çünki bu qüvvələrin əsas məqsədi Azərbaycan və Türkiyəyə təzyiq göstərməkdir. Təbii ki, Ermənistanın bir dövlət kimi buna imkanı yoxdur. Əslində Ermənistan bir dövlət deyil. Ermənistan yarımdövlət statusunda olan bir qurumdur. Burada bir neçə qüvvənin maraqlar var”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Ermənistan üzərindən hər cür iqtisadi maraqlarını təmin edən İranın bəzi dairələri, Azərbaycanın və Türkiyənin təzyiqi qarşısında mövqelərini dəyişdirməyə məcbur oldular: “Bununla yanaşı Ermənistanı bu və ya digər şəkildə danışdıran Rusiyanın kəşfiyyat orqanları və müvafiq qurumlarıdır. Çünki Azərbaycanın zəfəri təkcə Ermənistanı yox, onun arxasında duran qüvvələri də birmənalı şəkildə çökdürdü. Ermənilərin bu təxribatlarının arxasında Rusiyaya meyillənən başqa bir istiqamət də durur. Təbii ki, bir il ərzində ermənilər məbluğiyyətlərini heç cürə qəbullana bilmirlər. Ümumiyyətlə ermənilərin tarixdə qələbəsi olmayıb. Amma 30 il bundan qabaq Ermənistanın etdikləri indi öz başlarına gəlir. Bütün bunların fonunda da təbii ki, Ermənistanda müəyyən qüvvələr təxribatlardan əl çəkməyəcəklər”.Politoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, nəzərə almaq lazımdır ki, erməniləri qorxudan başqa bir faktor da var: “Həmin təxribatçı qüvvələr Rusiyanın maraqlarına görə ordadı. Azərbaycanın burada diqtə etməsi, Türkiyənin Qafqazda söz sahibi olması təbii ki, bir yandan İran və Rusiyanın da maraqlarına ziddir. Bunun kimi bir çox məsələlər var ki, ermənilər və onu dəstəkləyən qüvvələri qane etmir. Bütün bunların fonunda da Rusiya, İran, Fransa, Amerika Ermənistanı bu cür təxribatlara əl atmağa məcbur edir. Amma bu təxribatların sonu yoxdur. Cənab Prezident Şuşa səfərində də qeyd etdi ki, revanşist qüvvələr fikirləşməsin ki, onlar nəsə edə biləcəklər. Azərbaycanın dəmir yumruğu hazırdır və növbəti dəfə endirilən dəmir yumruq daha güclü olacaq. Çünki Azərbaycan bir il bundan qabaq ki, Azərbaycan deyil. Azərbaycan təkcə silahla, təminatla yox, eyni zamanda siyasi, iqtisadi cəhətdən də çox güclü dövlətdir”.

Arzu Qurbanzadə

Digər xəbərlər