PDF Oxu

Siyasət

  • 2 674

Şəhid ailələri və qazilərlə görüş keçirilib

Şəhid ailələri və qazilərlə görüş keçirilib

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında şəhid ailələri və qazilərlə görüş keçirilib. Görüşdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Zəfər günü münasibətilə Azərbaycanın dövlət himni səsləndirilib.Görüşü YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq bildirib ki, erməni işğalçıları üzərində qazandığımız tarixi Zəfər Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılan bir Qələbədir. "Bu Qələbə heç də asan əldə edilməmişdir. Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, xalqın orduya arxa durması, müzəffər ordumuzun qəhrəmanlığı bizə möhtəşəm bir sevinc yaşatdı. Bu müharibədə xeyli şəhid verdik, igid oğullar qazi adını qazandı".Aparat rəhbəri vurğulayıb ki, ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz Liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsini dünyaya çatdırdı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik simvoluna çevrildi.Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam qurğularını yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı.Görüşdə şəhid kapitan Samir Mikayıllının atası Sabir Sultanov, şəhid Anar Cəfərovun həyat yoldaşı Samirə Xudiyeva, Vətən müharibəsi qazisi İntiqam Əliyev, Vətən müharibəsi qazisi Cavid Allahverdiyev, II Qarabağ müharibəsi şəhidi Camal İbrahimovun bacısı Nüşabə İbrahimova, 11 saylı YAP ərazi ilk partiya təşkilatının sədri Sevda Gülmalıyeva çıxış edərək, öz ürək sözlərini söyləyib.Tədbirdə şəhid Cəmaləddin Məmmədovun oğlu Zülfüqar və qızı Günəşin ifasında "Mən şəhid balasıyam" adlı şeiri tədbir iştirakçıların qəlbini riqqətə gətirib. Daha sonra tədbir bir qrup qazinin iştirakı ilə çay süfrəsi arxasında davam etdirilib. Söhbət zamanı YAP Ağcabədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov Zəfər bayramı münasibəti ilə qaziləri təbrik edərək, Möhtəşəm Qələbənin qazanılmasında onların da xidmətlərinin olduğunu minnətdarlıq hissi ilə qeyd edib. Görüşdə qazi Cavid Allahverdiyev, İntiqam Əliyev, Ramil Nağıyev çıxış edərək, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.Görüşün sonunda xatirə şəkli çəkdirilib.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər