PDF Oxu

Siyasət

  • 2 535

“Provakasiyalar sənədlərin imzalanmasından boyun qaçırmaqdır” POLİTOLOQ ŞƏRH ETDİ

“Provakasiyalar sənədlərin imzalanmasından boyun qaçırmaqdır” POLİTOLOQ ŞƏRH ETDİ

“Kəlbəcərdə erməni təxribatlarını tək bir hadisə kimi qiymətləndirməməliyik. Ümumiyyətlə, son beş gün ərzində Ermənistan tərəfi bir neçə təxribat törədib və onun ən böyüyü Ermənistanın müdafiə nazirinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərə səfəridir.” Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədli deyib.Politoloqun sözlərinə görə, bunlar hamısına həm də Ermənistanın daxili siyasi kontekstində baxılmalıdır.“Bildiyimiz kimi, Ermənistanda müxalifət mitinqlərə çıxıb, amma onlar o qədər də kütləvi olmadı. Paşinyan üçün ən əsas göstərici seçkilərdir. Parlament seçkilərindən sonra iri şəhərlərdə, İrəvandan başqa iri şəhərlərdə, Gümrü, Qafan, Görüs, Mehri və digər şəhərlərdə bələdiyyə seçkiləri keçirildi və orada Paşinyanın partiyası uduzdu. Böyük ehtimalla bu, daxili siyasi məsələdir.Eyni zamanda xarici təsirlər də var bu prosesə. Çünki, Paşinyan bu üçtərəfli formatın möhkəmlənməsinə, onun dərinləşməsinə maraqlı deyil. Ona görə planlaşdırılan komunikasiyalarla bağlı, sərhədlərlə bağlı sənədlərin imzalanmasından boyun qaçırmaq kimi görsənir. Bu provakasiyaların əsas məqsədi də məhz budur”, deyə politoloq Fərhad Məmmədli bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər