PDF Oxu

Siyasət

  • 2 771

“Yeni bəyanat da imzalana bilər” POLİTOLOQUN ŞƏRHİ

“Yeni bəyanat da imzalana bilər” POLİTOLOQUN ŞƏRHİ

“Əslində, görüş noyabrın əvvəllərində olmalı idi, amma görünür, sonra təxirə salındı, yəqin ki, Ermənistanın baş naziri görüşə hazır deyil. Çünki, görüşdə konkret nəticələr əldə olunmalıdır ki, bunlardan biri dəhlizin açılması, digəri sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqların başlanması olmalıdır.” Bu sözləri SİA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.Mərkəzin rəhbəri vurğulayıb ki, Paşinyan hər iki mövzudan qorxur, çəkinir, ona görə məsələni uzatmağa çalışır.“Bu ay olmasa belə, bir müddət sonra onsuz da görüş olmalıdır. Rusiya da belə bir görüşün keçirilməsini istəyir. Üstəlik, Rusiya Ərdoğanın təklif etdiyi altılıq formatını dəstəkləyir və bundan da Ermənistan qaça bilməyəcək. Yəni, Paşinyan bir müddət əlbəttə müqavimət göstərə bilər, amma sonda üçtərəfli görüş hər halda keçiriləcək və yeni bir bəyanat da imzalana bilər. Bu Azərbaycan üçün də faydalıdır. Çünki, bizim qarşımızda, dəhlizin açılması, sərhədlərin müəyyənləşməsi və sülh sazişinin imzalanması kimi əsas üç məqsəd dayanıb. Bunlardan birinci ikisini daha da sürətləndirmək olar.İndi Paşinyan Moskvaya gəlmək istəmir, amma əsas olan Rusiyanın ortaya qoyacağı mövqedir. Əgər Rusiya bütün bunların həll olunmasını istəyirsə, Ermənistana təsir edib məsələni sürətləndirməlidir”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər