"Bu günə qədər Azərbaycanda 67 əfvetmə haqqında sərəncam imzalanıb ki, bu da 8774 nəfərə şamil edilib. Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb ki, bu da 5 672 nəfərə şamil olunub". SİA xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə keçiirlən dəyirmi masada çıxışı zamanı deyib.Onun sözlərinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən Amnistiya Aktları nəticəsində minlərlə ailəyə sevinc bəxş edilib: "Bu günə qədər həyata keçirilən 11 Amnistiya Aktı 11 7770 şəxsə şamil edilib. Prezident İlham Əliyevin hakimiyyəti Heydər Əliyev Fondunun təşə büsü ilə 4 amnistiya aktı 40412 nəfərə şamil olunub. Zəfər Günü münasiti ilə həyata keçiriləcək amnistiya dövlətin hümaniat siyasətinin mövti təzahürüdür.
Müəllif: Arzu Qurbanzadə