PDF Oxu

Siyasət

  • 2 412

"Ermənistana təzyiqlərin olunması istisna deyil" - POLİTOLOQ AÇIQLADI

"Ermənistana təzyiqlərin olunması istisna deyil" - POLİTOLOQ AÇIQLADI

"Ermənistanın sülh sazişini imzalamamasını yenə də, onun destruktiv, pozucu mövqeyinin təzahürü kimi qiymətləndirə bilərik. Təəssüflər olsun ki, tarixi faktlar onu göstərir ki, Ermənistan həmişə beynəlxalq razılaşmaların imzalanması, yaxud önəmli görüşlər ərəfəsində bu cür təxribatçı əməllərə əl atır. İndi də Ermənistanın təxribatçı əməlləri təsadüfi deyil". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.O, qeyd edib ki, məlumdur ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin iştirakı ilə üçtərəfli görüş gözlənilir. Bu görüşdə mühüm sənədlərin imzalanması istisna edilmir. Ermənistan bu görüşə hazır olmadığı üçün təxribatlar törədir. Yeri gəlmişkən Paşinyan bir neçə gün əvvəl deyib ki, hələlik Ermənistan bu görüşə hazır deyil. Guya Paşinyanın bu görüşdən xəbəri yoxdur. Bu ondan xəbər verir ki, Ermənistan bu görüşdə əldə olunacaq nəticələrə mənfi münasibət bəsləyir.İlqar Vəlizadə bu barədə fikrini belə izah edib: "Bu görüşdə əsas məsələlər delimitasiya, demarkasiya və dəhlizlərin açılması məsələsidir. Ermənistan öz destruktiv mövqeyindən çıxış edərək bütün yollarla bu prosesləri ləngitməyə çalışır. Sərhəddə baş verən intriqa Ermənistanın bu niyyətini aydın göstərir. Amma düşünmürəm ki, bu siyasi kurs uğurlu olacaq. Çünki başda Azərbaycan olmaqla, digər region dövlətlərinin maraqındadır ki, regionda stabillik və uzunmüddətli sülh yaransın. Buna görə də, Ermənistana təzyiqlərin olunması istisna deyil. Bu ondan xəbər verir ki, Ermənistan gec-tez öz mövqeyini dəyişməyə məcbur olacaq".

Müəllif: Turqay Musayev

Digər xəbərlər