YAP Nərimanov rayon təşkilatının “Kazım Kazımzadə 63” (34 saylı tam orta məktəb) ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, ərazi partiya təşkilat sədri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılmış və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.Yığıncaqda çıxış edən YAP Nərimanov rayon təşkilatının əməkdaşı hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib.YAP Nərimanov rayon təşkilatının əməkdaşı yeni seçilmiş sədr və müavinləri təbrik edərək, işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.
sia.az