PDF Oxu

Siyasət

  • 2 336

İsmayıllıda şəhid Orxan Lətiflinin anım tədbiri keçirilib

İsmayıllıda şəhid Orxan Lətiflinin anım tədbiri keçirilib

İsmayıllı rayonunda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, müqəddəs torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan Orxan Lətiflinin anım tədbiri keçirilib.Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçıları şəhid Orxan Lətiflinin şərəfli həyat və döyüş yolundan geniş bəhs ediblər. Orxan Lətiflinin evində onun xatirəsinə yaradılmış muzeylə tanış olub, şəhidin "Cəsur döyüşçü" medalını ailəsinə təqdim ediblər. Daha sonra YAP İsmayıllı rayon təşkilatının sədrinin vəzifələrini icra edən Sevil Əhmədova və İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və kənd sakinləri I Qarabağ və Vətən müharibəsində qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirələrini əbədiləşdirmək məqsədilə İsmayıllı rayon Diyallı kəndində inşa edilmiş bulaq abidə-kompleksinin açılışında iştirak edib, önünə gül dəstələri düzüblər.Sonda bulaq kompleksinin önündə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya dinlənilib.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər