YAP Zaqatala rayon təşkilatının rəhbərliyi, Zaqatala rayon icra hakimiyyətinin rəhbərliyi, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon Yeni Suvagil kənd sakini Əhmədov Ehtiram Teyyub oğlunun ildönümü ilə əlaqədar məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrini böyük ehtiramla yad ediblər. Daha sonra şəhidlərimizin xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksinin açılışı olub. Sonda ziyarətçilər Şəhid ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib. Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun.
Zümrüd BAYRAMOVA