Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Abuşov Bəhruz Zabit oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi, döyüş yoldaşları tərəfindən Bəhruz Abışovun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Həmçinin, şəhidin xatirəsinə Nohurqışlaq kəndində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur. Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində görülmüş işlər və aparılan islahatlara görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Rəfiqə