PDF Oxu

Siyasət

  • 1 644

“Azərbaycanın rəhbərliyi altında bu təşkilat beynəlxalq status almaqda çətinlik çəkməyəcək” - ŞƏRH EDİLDİ

“Azərbaycanın rəhbərliyi altında bu təşkilat beynəlxalq status almaqda çətinlik çəkməyəcək” - ŞƏRH EDİLDİ

“Son illər Azərbaycan nəinki regional formatda, eyni zamanda dünya miqyasında önəmli aktora çevrilib. Ölkə rəhbəri İlham Əliyevin də dediyi kimi, regionda və ondan kənarda Azərbaycanın rəyi və iştirakı olmadan heç bir iri iqtisadi layihə həyata keçirilə bilməz”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.


Onun sözlərinə görə, bundan başqa, ölkəmizin beynəlxalq və regional təşkilatlara uğurla rəhbərlik etməsi, Qoşulmama Hərəkatına sədrlik dövründə əldə edilən uğurlar, Azərbaycanın dinamik iqtisadi inkişafı, türkdilli ölkələr arasında münasibətlərin strateji müttəfiqlik həddinə çatmasında rolu, qələbə ilə nəticələnən 44 günlük müharibədən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda başladılan meqalayihələr diqqətdən qaça bilməz: “Məhz bu faktorlar əsas verir ki, Azərbaycan TDƏŞ-ə rəhbərlik etsin. İnanırıq ki, Azərbaycanın rəhbərliyi altında türk dövlətlərinin birliyi olan bu təşkilat beynəlxalq status almaqda çətinlik çəkməyəcək”.

Arzu Qurbanzadə

Digər xəbərlər