PDF Oxu

Siyasət

  • 2 354

“ABŞ prezidentinin istəklərinə uyğunlaşmaq fikrimiz yoxdur” - SİYASİ ŞƏRHÇİ AÇIQLADI

“ABŞ prezidentinin istəklərinə uyğunlaşmaq fikrimiz yoxdur” - SİYASİ ŞƏRHÇİ AÇIQLADI

Əlbəttə ki, Azərbaycan dövləti, yaxid da Türkiyə dövləti Amerika Birləşmiş Ştatlarının münasibətindən asılı olmayaraq öz siyasətini, mövcudluğunu müəyyənləşdirir və Co Baydenin bizim dövlətimizi, yaxud Türkiyəni Demokratiya sammitinə dəvət etməməsi heç nəyi dəyişmir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, ona görə heç nə dəyişmir ki, bizim dövlətlərimizin özlərinin cızdığı strategiya var və həmin strategiyaya uyğun da biz davam edirik, yəni yolumuzdan dönmək fikrimiz də yoxdur, yaxud da öz mövcudluğumuzu ABŞ prezidentinin istəklərinə uyğunlaşdırmaq kimi bir fikrimiz də yoxdur.

“Niyə Azərbaycanı, Türkiyəni dəvət etməmələrinin əsl səbəbləri əlbəttə ki, onların özlərinə bəllidir, amma biz də kənardan baxanda belə anlayırıq ki, ABŞ prezidentinin dəvət etməməsinin arxasında sadəcə olaraq bir səbəb dayanıb. Bu da ondan ibarətdir ki, həm Azərbaycan, həm də Türkiyə dövləti, qeyd etdiyim kimi, müstəqil siyasət yürüdür, yəni öz siyasətlərində Amerika Birləşmiş Ştatlarının prezidenti bunu necə qəbul edərdi, buna necə yanaşardı, deyə bir qayğıları yoxdur. Amma ABŞ prezidenti, yaxud o dövlət də düşünür ki, bütün dünya dövlətləri öz siyasətlərini müəyyənləşdirərkən məhz onların da maraqlarını, istəklərini, arzularını nəzərə almalıdırlar. Azərbaycan və Türkiyə isə bütün dünyaya hər zaman bəyan edib ki, bizim siyasətimiz müstəqil siyasətdir və məhz öz dövlətlərimizin, öz xalqlarımızın mənafelərinə xidmət edən siyasətdir. Ona görə də Bayden bu yolla bir növ Azərbaycanla Türkiyəyə öz münasibətlərini bildirir.

Digər dövlətlərə gəlincə, bizim başqa dövlətlər barədə aşağılayıcı fikirlər səsləndirmək niyyətindən uzaqıq. Lakin, əlbəttə ki, ora dəvət olunan dövlətlər arasında elələri var ki, ümumiyyətlə qeyd olunan mövzuya yaxın belə gələ bilməzlər. Yaxud da qonşu dövlətlər dediyimiz, məsələn, Ermənistanın özü ümumiyyətlə, baş tutmamış bir dövlətdir, əlaltıdır, qapazaltıdır, Rusiyanın vassalıdır, Qərbdən asılıdır. Yəni, heç bir atributu ilə müstəqil dövlət kimi təqdim edilə bilməyəcək bir dövlətdir. Təbii ki, bu da Amerikanın bir seçimidir. Əgər Co Bayden Ermənistan kimi qapazaltı dövlətə Azərbaycan kimi, Türkiyə kimi öz sözünü deyən, müstəqil siyasəti olan dövlətlərlə münasibətdə üstünlük verirsə, bu onun seçimidir, biz də o seçimə heç qarışmırıq. Yəni, dostunu bizə göstər, deyim sən kimsən məsələsidir. ABŞ Ermənistan kimi bir qapazaltı dövləti dost olaraq seçibsə, deməli, Amerika Birləşmiş Ştatlarının da kimliyi artıq buradan bəlli olur. Bu bizi narahat eləmir, qayğılandırmır, əksinə, bizim üçün bir məsələ daha da aydınlaşmış olur. Amerika Birləşmiş Ştatları məhz bu cür qapazaltılara üstünlük verir. Bu həm də onun göstəricisidir ki, Azərbaycan və Türkiyə dövləti müstəqil siyasət yürüdərək, dünyada öz sözü, öz mövqeyi ilə bir daha seçilir”, deyə siyasi şərhçi Azər Həsrət bildirib.

Digər xəbərlər