"Erməni təxribatlarının artması hallarına Zəfər Günü ərəfəsindən başlayaraq rast gəlinir. Görünən odur ki, Ermənistanın siyasi, hərbi rəhbərliyi müharibə zamanı əldə etdikləri məğlubiyyətdən hələ də doğru-dürüst nəticə çıxarmayıb. Xüsusilə, Kəlbəcər və Laçın istiqamətində atəşkəsin pozulması halları daha da intensivləşib". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.O, qeyd edib ki, Ermənistan müdafiə nazirinin Qarabağ səfərində özünü olduğundan daha böyük göstərmək cəhdinin şahidi olduq. Bundan başqa erməni diversantları Zəfər Günü mülki geyimdə su xəttinin çəkilməsi adı ilə Şuşaya daxil olma cəhdinə girişdi. Daşaltı postunda əsgərimizə qarşı qumbara atıldı. Bu kimi faktlar onu göstərir ki, Ermənistan qətiyyən birgə bəyannamənin müddəalarını həyata keçirmək fikrində deyil. Sərhədin delimitasiyası, erməni silahlıların Qarabağdan çıxarılması və sülh sazişinin mətninə hazırlıq kimi fəaliyyəti də maksimum dərəcədə Ermənistan ləngitməyə çalışır.Ədalət Verdiyev bu barədə fikirlərini belə izah edib: "Belə olan halda Azərbaycan Ordusu öz üzərinə düşən vəzifələri icra etməyə davam edir. Son zamanlar sosial şəbəkələrdə yayılan görüntülər onu göstərir ki, Azərbaycan öz sərhədləri çərçivəsində erməni mövqelərini zərərsizləşdirməklə erməniləri özlərinə aid olan Ermənistan ərazisinə yola salır. Ermənistan tərəfi nə qədər sərhədlərin müəyyənləşdirilməsi və sülh nizamnaməsinin imzalanmasını uzadacaqsa, bir o qədər də ərazidə çox itirəcək, çox alçaldılacaq, çox məğlubiyyətlərə məruz qalacaq. Çünki Ermənistan ordusunun Azərbaycana hansısa təsir, təzyiq və ya müqavimət göstərməsi mümkünsüzdür".
Müəllif: Turqay Musayev