“Ümumiyyətlə, belə sammitlər ABŞ prezidentlərinin bir vizit kartıdır. Məsələn, Barak Obamanın dövründə nüvə sammitləri keçirilirdi. Son bir neçə il ərzində bu sammitlərin aqibətini görürük. Yəni, prezidentlər gedir və həmin sammitlər qeybə çəkilir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.Politoloq qeyd edib ki, Bayden də demokrat partiyasının belə deyək, ən qatı sol liberal qanadının müəllifi olduğu bu idayenı dəstəkləyib və adını da qoyublar “Demokratiya sammiti”.“Əsas məqsəd ondan ibarətdir ki, demokratiyanın kriteriyalarını yenə də ABŞ-ın müəllifi olmasını isbatlamaq, demokratiyanın düşməni, yaxud ABŞ-a rəqib olan dövlətləri demokratiyanın düşməni kimi qələmə vermək, dünyaya sırımaq və ABŞ-ın dünyada öz çətiri altında, özünə yaxın bildiyi ölkələri bu formata daxil edib o koalisiyanı dünyaya, rəqib güc mərkəzlərinə nümayiş etdirməkdir. Bu, demokratiya sammiti ilə bağlı olan fikirlərimdir.Ermənistan nəyə görə sammitə dəvət olunub? Demokrat partiyasında respublikaçılar partiyasına nisbətən ermənipərəst qüvvələr çoxluq təşkil edir. Eyni zamanda bu artıq ABŞ rəhbərliyi tərəfindən uydurma soyqırımının tanınmasından sonra ikinci bir diqqət formasıdır, belə deyək simvoludur. Xüsusi olaraq ABŞ, Ermənistanın daxil olduğu KTMT və Avrasiya İqtisadi İttifaqının üzvləri ilə bağlı həm də bu qərar qəbul olunubdir. Çünki, nümayiş etdirmək istənilir ki, bu qurumlara üzv olan dövlətlər demokratik kriteriyalara uyğun gəlmir, təkcə Ermənistan uyğun gəlir.Ermənistanı dəvət etmək məsələsinin üçüncü tərəfinə gəldikdə, bunun əsas səbəblərindən biri də kiçik də olsa regional siyasətdə Ermənistanla daha yaxın olmalarıdır. Onu da nəzərə almalıyıq ki, post-sovet məkanında, ümumiyyətlə, dünyada ikinci ən böyük ABŞ səfirliyi Ermənistanda yerləşir. Hətta iş indi o yerə çatıb ki, ABŞ-ın Rusiyadakı səfirliyində bilirik ki, ştat azaldılıb, ABŞ-Rusiya münasibətləri korlanan zaman. İndi Rusiya vətəndaşlarının müəyyən kateqoriyalarına hətta vizaları Moskvadan İrəvana yollayırlar ki, oradan daha rahat ala bilərlər, çünki daha çox əməkdaşları orada çalışır. Yəni, bunu da nəzərə almaq lazımdır.Azərbaycana gəldikdə isə bu kompleksə düşmək lazım deyil. Bizim onsuz da ABŞ-la münasibətlərimiz praqmatik səviyyədə qurulubdur. Həm təhlükəsizlik, həm enerji məsələsində biz bərabərhüquqlu və qarşılıqlı mənfəət şəraitində əməkdaşlıq edirik. Bu əməkdaşlığa da demokratiya, insan hüquqları mövzusu nə qədər uzaq olsa, o qədər yaxşıdır. Ümumiyyətlə, ABŞ-la münasibətlər ənənəvi olaraq, enerji, təhlükəsizlik və siyasi institutlar olmaqla, üç istiqamət üzrə həyata keçirilir. Əgər biz onların demokratiya kriteriyalarına uyğun gəlmiriksə, bu siyasi institutlar, insan hüquqları ümumiyyətlə, münasibətlərin gündəliyindən çıxarılmalıdır və texnoloji mübadilə ilə əvəzlənilməlidir”, deyə politoloq Fərhad Məmmədli bildirib.
Müəllif: İnam Hacıyev