PDF Oxu

Siyasət

  • 3 358

Quba rayonunda şəhid Bayramov Ruslan Azər oğlunun ildönümü qeyd olunub

Quba rayonunda şəhid Bayramov Ruslan Azər oğlunun ildönümü qeyd olunub

Quba rayonunun Əlibəyqışlaq kəndindən olan şəhid Bayramov Ruslan Azər oğlunun ildönümü YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və partiya fəalları tərəfindən anılıb. Şəhidin Əlibəyqışlaq kənd qəbiristanlığında məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib. Ruslan Bayramov 2020-ci il sentyabrın 27-də başlayan ikinci Qarabağ savaşında ön cəbhədə olub. Ruslan Hadrut, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-dən 9-na keçən gecə Şuşa uğrunda gedən qanlı döyüşdə ürəyinə dəyən snayper gülləsindən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.Leytenant Bayramov Ruslan Azər oğlu şəhadətindən sonra Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz torpaqlarımızın düşməndən azad olunması uğrunda öz qanından, canından keçərək Şəhidlik zirvəsinə ucalıblar.Sonra Y.Abidov şəhid ailəsinin problemləri ilə maraqlanıb və ailəsinə səbr diləyib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər