Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən və Azərbayacanın qazandığı uğurların bələdçisi kimi keçdiyi 29 ilə yaxın şərəfli yolda Yeni Azərbaycan Partiyası ildönümünü 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizin bir ili dövründə qeyd etməsi 760 min üzvü olan hər bir partiya üzvünü qürurlandırır, fəxarət duyuruq. Çünki tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın partiyası olduğunu, həmrəyliyini, birliyini göstərdiyi kimi, 44 günlük müharibədə də bu birliyi nümayiş etdirərək Qalib Liderimiz, Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin «dəmir yumruq» əməliyyatına əməl edən Güclü Azərbaycan Ordumuzun rəşadətli əsgər və zabitləri birlik nümayiş etdirərək 30 illik torpaq həsrətinə son qoydu, haqq, ədalət, ərazi bütövlüyümüz bərpa olundu, Qarabağ Azərbaycandır! Nidasını qoydu. Yeni Azərbaycan Partiyası bu yolda öndə olub.Cari ilin mart ayının 5-də keçirilən qurultayında Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında dərin məzmunlu, proqram xarakterli nitqində birliyimizin, həmrəyliyimizin, partiyanın təsis olunmasından ötən 29 ilə yaxın müddətdə Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə doğru getdiyi vurğulanıb. Dövlət başçımız: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox”,-deyən Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının hansı çətin şəraitdə yaradılmasından, həmin dövrdə xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olaraq 91 nəfər ziyalının onları hər an təqib edən təhdidlərdən qorxmadan, heç nədən çəkinmədən, böyük cəsarət göstərərək, dövlətin maraqlarını hər şeydən üstün tutaraq ulu öndər Heydər Əliyevə müraciət etməsindən, partiyanın təsis konfransının hansı səbəblərdən Bakıda deyil, Naxçıvanda keçirilməsindən, ümumiyyətlə, 1992-ci ilin noyabr ayının gənc Azərbaycan dövlətinin həyatında yeni bir mərhələyə yol açmasından geniş bəhs etdi.
"Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır"
Bu, danılmaz faktordur ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması onun ötən 29 illərdə hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilməsi ilə şərtlənir. Bu mənada xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranması və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə alan partiyamız ətrafında toplaşan vətəndaşlarımızı öz milli birliyini, vətəndaş həmrəyliyini, sabitlik və tərəqqinin təminatçısı kimi bu günə kimi nümayiş etdirməkdədirlər. Azərbaycanın son illərdə keçdiyi mürəkkəb və ziddiyyətli yola nəzər salarkən YAP-ın xalqın və dövlətin taleyində mühüm rol oynayan partiya olduğu bir daha təsdiqini tapır. Bu birlik, həmrəylik ondan irəli gəlir ki, Yeni Azərbaycan Partiyasına Heydər Əliyev kimi dünya şöhrətli liderin sədrlik etməsi partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi.Belə ki, o illərdə Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin əngəllənməsi üçün Konstitusiyaya yaş senzi ilə bağlı qondarma maddə daxil edilmişdi. 1992-ci ilin aprel ayında xalqın iradəsinin ziddinə qəbul edilmiş bu antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq 1992-ci il oktyabr ayının 16-da Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. Oktyabrın 24-də Ulu Öndərin ziyalıların müraciətinə məktubla verdiyi müsbət cavab Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyəti üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Qeyd edək ki, müraciətlər "SƏS" qəzetində dərc olundu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xilası naminə YAP-a rəhbərlik etməyə razılıq verməsi onun böyük siyasətə qayıdışının əsasını qoydu. 1992-ci il noyabrın 21-də 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvanda təsis konfransını keçirdi, partiyanın proqram və nizamnaməsini qəbul etdi. Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Qısa bir müddətdə - Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevə etimad göstərərək Onu özünün Prezidenti seçdi. Bununla da tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, tənəzzül etmiş iqtisadiyyatımızın inkişaf etdirilməsində və demokratik təsisatların bərqərar olunmasında siyasi flaqman rolunu hakim siyasi partiya olaraq öhdəsinə götürmüşdür.Və bu gün ulu öndər Heydər Əliyev ideyaları Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu, real həqiqətdir ki, tarixi şəxsiyyətin yolunu, ideyalarını yalnız tarixi şəxsiyyətlər davam etdirə bilər. Məhz bu səbəbdəndir ki, dünya şöhrətli dövlət xadimi, Ulu öndər Heydər Əliyev hələ 2003-cü ildə siyasi uzaqgörənliklə xalqa müraciətində hakimiyyət sükanının cənab İlham Əliyevə etibar olunmasını məsləhət bildi: «Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir».2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə Heydər Əliyev siyasi kursunun alternativsiz davamçısı kimi Prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi. Bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri qalib Liderimiz İlham Əliyev Yeni Azərbaycan Partiyası qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə doğruldub.
44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Yeni Azərbaycan Partiyası
Hakim partiyanın 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoyması xüsusi ilə diqqətəlayiqdir. Ölkə Prezidenti İlham Əliyevin qurultayda proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş mesaj oldu. Sentyabrın 27-dən başladığı zəfər yürüşü bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı. Bir sözlə, bu gün Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi unudulmaz töhfələrlə, müstəqilliyimizlə, bu günümüzlə inkişafımızla, xoşbəxt həyatımızla fəxr edir və hər bir Azərbaycan vətəndaşı Vətənini, xalqını sevən hər bir kəs Yeni Azərbaycan Partiyasını, Ulu Öndər Heydər Əliyevə və böyük rəhbərin sədaqətli davamçısı Prezidentimiz İlham Əliyevlə qürur duymağa haqlıdır. Belə bir gündə uğurlarımızla sevinməyə, öyünməyə dəyər. Və Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olaraq bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən
yap.org.az