Bu gün YAP Gədəbəy rayon təşkilatının Gənclər birliyinin üzvləri, Xarxar kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz- rayonun Xarxar kənd sakini Rüstəmov Vüqar Kamil oğlunun, ildönümü münasibətilə, məzarı ziyarət olundu, ruhuna dualar oxundu. Şəhid valideyinləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
Rövşən