“Ermənistan hər zaman olduğu kimi bu dəfə də razılaşmalara əməl etmir, atəşkəs rejimini pozur və müxtəlif təxribatlar törədir. Bu 10 noyabr razılaşmasının mahiyyətinə tamamilə ziddir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, Azərbaycan əvvəllər də xəbərdarlıq edirdi ki, Ermənistan sülh yolu ilə torpaqlarımızı qaytarmasa, biz güc yolu ilə torpaqlarımızı qaytaracağıq: “Ermənistan bu çağırışlara əməl etmədi, əksinə heç bir addım atmadı, beynəlxalq hüquqa əməl etmədi. Bunun da cavabı Ermənistan üçün çox sərt oldu. Əgər, indi də Ermənistan yenə bu cür addımlar atacaqsa, Azərbaycan öz sözünü deyəcək və dərmir yumruq bu səfər onların başına elə dəyəcək. Bu məsələdə Rusiyanın da öz üzərinə götürdüyü öhdəliklər var. Rusiya silahlı qüvvələri bölgədə birbaşa sülh yaratmağa cavabdehdir. Təxribat törədənlərə elə bir cavab verməlidir ki, digərləri də nümunə götürsün. Hesab edirəm ki, ermənilərin bu kimi təxribatçı əməlləri ilə bağlı konkret ölçülər götürülməlidir. Əks halda Ermənistan üçün vəziyyət çox acınacaqlı olacaq”.
Arzu Qurbanzadə