YAP Ağcabədi rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq bir qrup YAP veteranı ilə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə çiçək dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər. YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.YAP Ağcabədi rayon təşkilatının veteranları ilə görüşü YAP Ağcabədi rayon təşkilatının sədri vəzifəsini icra edən Rövşən Əhmədov açaraq, görüş iştirakçılarını salamlayıb, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Rövşən Əhmədov Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi inkişaf yolu və qazanılan uğurlar barədə geniş məruzə ilə çıxış edib. Görüşdə YAP-ın veteranları Teymur Rəhimov, Ağcabədi Pedoqoji Kollecinin direktoru Mirələm İbrahimov, Ağcabədi RİH yanında ictimai şuranın sədri Vaqif Qarayev, Əli Bədəlov çıxış edərək, öz fikirlərini və təəssüratlarını bölüşüblər.Görüşün yekununda Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edib. Görüş bir qrup YAP veteranının iştirakı ilə çay süfrəsi arxasında davam etdirilib.
Zümrüd BAYRAMOVA