PDF Oxu

Siyasət

  • 2 133

"YAP-ın yaranması tarixi zərurətdən doğan bir hadisə idi" - ŞƏRH EDİLDİ

"YAP-ın yaranması tarixi zərurətdən doğan bir hadisə idi" - ŞƏRH EDİLDİ

“Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən doğan bir hadisə idi. O dövrün hadisələri həqiqətən də ölkənin məhv olmasına yönəlmiş siyasi proseslər idi”. Bu sözləri SİA-ya açıqlamasında YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, o zamanlar Yeni Azərbaycan Partiyasının yaranması üçün 91 nəfər ziyalı xalqın arzu və istəyini dilə gətirərək Ulu Öndər Heydər Əliyevə müraciət etdilər: “Bildiyimiz kimi Azərbaycanda 1991-1993 illərdə xaos vəziyyəti davam edirdi. Bununla yanaşı ölkədə siyasi anarxiya hökm sürürdü, iqtisadi tənəzzül günü-gündən tənəzzül edirdi. Beləliklə də Azərbaycan xalqının gələcəyə olan ümidi itmişdi. Yeni Azərbaycan Partiyası yaradıldıqdan sonra minlərlə insan bu partiya ətrafında birləşdi. Artıq Yeni Azərbaycan Partiyası 29 ildir ki, fəaliyyət göstərir və bu müddətdə kifayət qədər şərəfli, mətin bir yol keçib. YAP yarandığı dövrdə xalqın və dövlətin maraqlarına xidmət edir. Bu gün hər birimiz qürur hissi keçirdirik ki, Ümummilli Lider Heydər Əliyev kimi dahi bir şəxsiyyətin yaratdığı partiyada təmsil olunuruq və partiyanın sədri cənab Prezident İlham Əliyevdir”.

Arzu Qurbanzadə

Digər xəbərlər