PDF Oxu

Siyasət

  • 3 539

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır ŞƏRH

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır ŞƏRH

44 günlük Şanlı Qələbəmizdən sonra bir-birinin ardınca tarixi günlərimizin ildönümlərini böyük sevinc və qürurla qeyd edirik. Bu gün də sevincli və qürurlu tarixi günlərimizdən olan Yeni Azərbaycan Partiyamızın 29-cu il dönümü ərəfəsindəyik. İlk dəfə 29 il şərəfəli və uğurlu yol keçən Yeni Azərbaycan Partiyası il dönümünü 30 il həsrətində olduğumuz Qarabağ Azərbaycanımıza qovuşduğumuz Zəfər gününün bir ilinin qeyd olunduğu tarixi gündə qeyd edirik. Nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası hər zamankı kimi, demokratik ənənələrin inkişafına böyük töhfə verir.

«91-lər”in müraciəti əsasında 1992 - ci ildə noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştrakı ilə yaranmışdır. 29 illik zəngin və şərəfli inkişaf yoluna malik olan Yeni Azərbaycan Partiyası ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etmişdir. ugünkü nailiyyətlərimiz, bugünkü uğurlarımız, bugünkü iqtisadi, iyasi sahədə əldə etdiyimiz qələbəmiz, rdumuzun əldə etdi qələbələr əlbətdəki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya söykənir. O strategiyanı uğurla həyata keçirən Prezident İlham Əliyev (yuxarıda sadaladıqlarımız) bütün bu nailiyyətlərin əldə olunmasına bir başa rəhbərlik edir. Bu gün dünənin, bu günün və gələcəyin olan Yeni Azərbaycan Partiyası ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. İlk növbədə vurğulamaq gərəkdir ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Həmin dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Və belə bir zaman Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da «SƏS» qəzetində ulu öndər Heydər Əliyevə müraciət etdilər. Həmçinin, ümummilli lider Heydər Əliyevin ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubu da «SƏS» qəzetində dərc olundu. Ulu Öndər Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Və yarandığı gündən YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 29 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib.

Tarixi və siyasi əsaslara söykənən Yeni Azərbaycan Partiyası

Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 760 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Bu 29 il ərzində YAP-ın fəaliyyəti, ideyaları, apardığı siyasət göz önündədir. Gələn il yaranmasının 30 illiyi tamam olacaq partiya ötən müddət ərzində uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Prezidentin də söylədiyi kimi, YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyanın böyük ənənələri var.

Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev partiyyanın VI qurultayında çıxışında bildirmişdir: «Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil».

Dövlət başçımız onu da vurğulamışdı ki, partiyamızın VI qurultayından üç il ötür: «Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir».

Prezident, YAP-ın Sədri İlham Əliyev partiyanın bu ilin martın 5-də keçirilən VII qurultayda geniş, dərin məzmunlu və proqram xarakterli çıxış edərək əldə edilən uğurları, aparılan hərtərəfli islahatları dəyərləndirdi və gələcək fəaliyyətlə bağlı istiqamətləri, konturları göstərdi və partiyanın VII qurultayının keçirilməsi zərurətini yaranmış yeni reallıqların tələbi kimi dəyərləndirdi.

Yeni Azərbaycan Partiyasının VII qurultayı siyasi həmrəyliyin, milli birliyin əyani təzahürüdür

Ən əsası isə, Yeni Azərbaycan Partiyasında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi mühüm hadisə olmaqla, həm də bu, siyasi həmrəyliyin, milli birliyin əyani təzahürü oldu. Partiyaların YAP-a birləşməsi cəmiyyətdə iqtidara qarşı olan müsbət münasibətin və inamın göstəricisi kimi də qiymətləndirilə bilər. Əlbəttə ki, bu, ölkədə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək.

Qurultayda dövlət başçımız unu çox önəmli, əlamətdar hadisə adlandıraraq ölkədə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirdi. Bu, eyni zamanda göstərir ki, partiyanın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Lakin sifarişlə fəaliyyət göstərən, təlimatla çıxış edən özünü “siyasətçi” adlandıran antimilli ünsürlərlə mübarizə aparmaq həm ölkə daxilində, həm də ölkə xaricində yaşayan siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Bir sözlə, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası böyük ənənələrlə bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Partiyamızın üzvləri yeni mərhələdə ictimai-siyasi proseslərdə daha fəal iştirak etməklə, ölkəmizin inkişafına, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq işlərinə öz töhfələrini verəcəklər. Çünki dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır

RAMİZ ŞABANOV,

YAP Tərət rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən

Digər xəbərlər