Siyasət

  • 2 582

"Co dayının “Demokratiya sammiti” onun hikkəsindən başqa bir şey deyil” - MÜNASİBƏT BİLDİRİLDİ

image

“ABŞ prezidenti Co dayının “Demokratiya sammiti” “sən mənim oyunumu pozdun, mən səninlə oynamıram” hikkəsindən başqa bir şey deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli bildirib.Onun sözlərinə görə, bu il 9-10 dekabr tarixində Amerikada keçirilməsi nəzərdə tutulan “Demokratiya sammiti”nə çox da önəm vermək lazım deyil: "Amerika xüsusilə son zamanlar Türkiyəyə qarşı nümayiş etdirdiyi qərəzli münasibətini dünyada Türkiyə ilə dostluq, əməkdaşlıq, müttəfiqlik münasibətində olan dövlətlərə də şamil edir. Bu sırada, təbii ki, Azərbaycan ön sırada dayanır. O ki qaldı Macarıstana, Macarıstan da Türk Dövlətləri Təşkilatının müşahidəçi qismində üzvüdür.Ümumiyyətlə, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan işğalçı Ermənistanı daim dəstəkləyən, bu 30 ildə onu işğalçı kimi tanımayan, ona daim maddi yardımlar edən bir dövlətdən və dövlətlərdən bundan artıq nə gözləməliyik ki?!Amerikanın və bəzi Qərb dövlətlərinin Yaxın Şərqin müsəlman dövlətlərinə qarşı onillər boyu sərgilədiyi düşmənçilik siyasəti məlum deyilmi? Amerikanın Əfqanıstanda, İraqda, Misirdə, Liviyada və s. ölkələrdə yeritdiyi siyasət ortadadır.Amerikanın demokratiya pərdəsi arxasında postsovet ölkələrinə ixrac etdiyi “narıncı” inqilabları da az görməmişik.Xüsusilə 44 günlük müharibə ilə Azərbaycanın bir çox dövlətlərin yüzillər boyu Cənubi Qafqazda apardığı yırtıcı siyasəti əngəlləməsi də çoxlarının xoşuna gəlmədi. Bu kontekstdə Co dayının “Demokratiya sammiti” “sən mənim oyunumu pozdun, mən səninlə oynamıram” hikkəsindən başqa bir şey deyil. Bir sıra region ölkələri kimi, okeanın o tayındakı Amerika da başa düşməlidir ki, bu hikkə ilə “oyunpozanlıq edənlər” özləri özlərini “oyundankənar” vəziyyətdə qoymuş olurlar ki, bundan da itirən yenə də özləri olacaqlar.Amerika pulla satın alıb, o taydan bu taya, elə Azərbaycanda Azərbaycana qarşı yürütdüyü özünü azərbaycanlı sayan üç-beş gədə-güdəyə də bel bağlamasın. Bu gün Azərbaycan bütün xalqı ilə, ordusu və hakimiyyəti ilə bir dəmir yumruqdur.Azərbaycan bu gün bütün dövlətlərlə dostluq, əməkdaşlıq yolundadır və dünya dövlətlərinin hər birindən, o cümlədən Amerikadan da belə münasibət gözləyir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla dostluq və əməkdaşlıq Cənubi Qafqazda var olmaq deməkdir. Ermənistanın yanında duranlar anlasınlar ki, Ermənistan Cənubi Qafqazın bətnində qara çibandır və son günlərdəki vurnuxmaları bu çibanın yetişdiyini, bu gün-sabah partlayıb, yox olacağını sübut edir. Hər kəs seçimini doğru etməlidir”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər