YAP Quba rayon təşkilatı tərəfindən gənclərlə Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümünə həsr edilmiş "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" mövzusunda videoformatda konfrans keçirilib. İlk öncə Yeni Azərbaycan Partiyasının qurucusu, tarixi Şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.Videokonfransda çıxış edən Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Yusif Abidov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır: "Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər və bu məqsədlə xalqın sınanmış Lideri və müdrik oğlu Ulu Öndərimiz Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə konfrans keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyası artıq böyük uğurların müəllifidir. Bu gün Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan müasirləşir, güclənir, çox zəngin və qüdrətli dövlətə çevrilir. Ulu Öndər Heydər Əliyev strategiyası ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Artıq Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan siyasi təşkilatdır. Bütün bu nailiyyətlər bir partiyanın öz tarixi missiyasını və xalq qarşısında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə, ləyaqətlə yerinə yetirdiyinə sübut kimi qiymətləndirilə bilər: Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşayiət olunacaq.Konfransda çıxış edən YAP Quba rayon təşkilatının fəalları Rəxşəndə Bayramova, Anar Murtuzov və digərləri partiyanın 29 ildə keçdiyi zəngin inkişaf yolundan, ölkənin siyasi taleyində həlledici rola malik siyasi qüvvə kimi özünü təsdiq etdiyindən danışıblar.
Nəzakət ƏLƏDDİNQIZI