Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədər YAP İmişli rayon təşkilatında konfransı keçirilib
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar YAP İmişli rayon təşkilatının “Yeni Azərbaycan Partiyası dayanaqlı inkşafın və siyasi sabitliyin təminatçısıdır” mövzusunda konfransı keçirilib. Təşkilatın sədri səlahiyyətlərini icra edən Səfa Ağayev rayon təşkilatı adından dəvət olunan qonaqları və konfrans iştirakçılarını salamlayaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ili münasibətilə təbrik etdi. Dövlət Himni səsləndi. Yeni Azərbaycan Partiyasının banisi Ümummlli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra iştirakçılar video-çarxa baxmağa dəvət olundular. Səfa Ağayev çıxış edərək YAP-ın yaranması barədə geniş və ətraflı məruzə edərək bildirdi ki, müstəqilliyini yenicə elan etdikdən sonra Azərbaycan böyük fəlakətlə üzləşdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Və istədikləri partiyanı, yəni Yeni Azərbaycan Partiyasını 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində təsis etdilər.Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləmişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxsələrin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin özü tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür. Təbii ki, qazanılmış bu nailiyyətlər də Heydər Əliyevin yaratdığı təşkilatın – Yeni Azərbaycan Partiyasının uğurudur. 2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş Naziri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi partiyanın ölkənin ictimai-siyasi həyatında hansı nüfuza sahib olmasını əyani şəkildə təsdiqlədi. YAP xalqa xidmət edən partiyadır. Xalqa xidmətin mahiyyəti dövlətə, dövlətçiliyə xidmətdir. Bu partiya dövlətin mənafeyinə uyğun olmayan bütün fəaliyyətlərin müxalifidir. İstənilən partiyanın fəaliyyətinin başlıca istiqamətləri insan amili ilə səsləşməlidir. Bu baxımdan, YAP insanların düşüncələrini dövlətçiliyə yönəltməyən partiyaların müxalifidir. Vətən müharibəsində ictimaiyyət Ali Baş Komandanın ətrafında sıx birləşdi. Azərbaycan Ordusunun Zəfər qazanmasında bu amilin də böyük əhəmiyyəti oldu.“İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir” – YAP-ın hər bir üzvü Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlnam Əliyevin bu fikirlərini fəaliyyət tezisi biləcək, fəaliyyətini bu tezislərə uyğun quracaqdır.Ulu Öndərin ikinci dəfə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra müasir Azərbaycanın üç sütun üzərində dayandığını görmək olurdu. Birinci sütun 1993-cü ilin Qurtuluş günü, ikinci sütun 1994-cü ilin “Əsrin müqaviləsi” və üçüncü sütun 2003-cü il Prezident seçkisi – İlham Əliyev. Artıq dördüncü sütundan danışmağın zamanıdır. Yəqin ki, Şuşada Cıdır düzündə qələbəmizin ildönümü günü verilən bəyanat hər birinizin yaddaşına həkk olunub. “Biz Şuşada, Zəngəzurda əbədi yaşayacağıq” dedi Cənab Prezidentimiz. Bakını Türk dünyasına, Avropaya qovuşduracaq böyük Zəfər yolunun davamı olan ZƏNGƏZUR DƏHLİZİ. Dördüncü sütunun yaranmasının mesajını verdi Ali Baş Komandan.Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Yeni Azərbaycan Partiyası gündən-günə tərəfdarlarının, üzvlərinin sayını artırır. Bu, bir daha təsdiq edir ki, YAP xalqın istək və arzularından doğan, xalqı rifaha, xoşbəxt gələcəyə aparan partiyadır. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, YAP avanqard siyasi partiya olaraq Azərbaycanı daha böyük uğurlara, möhtəşəm qələbələrə aparacaq. Bu uğurlara və möhtəşəm qələbələrə aparan yolun uca zirvəsində isə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev olacaqdır.İmişli rayon İcra hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək qeyd etdi ki, 1992-ci ildə noyabr ayının 21-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası təsis edildi. Qısa bir zamanda respublikanın bütün ərazilərində bu partiyanın yerli təşkilatları yarandı və Heydər Əliyevə sədaqətli olan, onun ideyalarını dəstəkləyənlər partiya sıralarına daxil oldular. Azərbaycan xalqının iradəsinə əsaslanan Ulu Öndər Heydər Əliyevin siyasi xətti. Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri artırir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi, “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Gənc dövlətin tarixində dönüş nöqtəsi. 29 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Demokratik prinsiplər və ideyalara sadiq qalan partiya. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.Toplanmış müsbət təcrübənin qorunması vəzifəsini, habelə perspektiv strateji hədəfləri müəyyən etmiş YAP-ın VII Qurultayı. Görülən işlər ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin etməlidir və dövlətin milli maraqları daim qorunmalıdır. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Davamlı islahatlar kursu. Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir.Əməkdaşlığa daim açıq olan YAP partiyalararası siyasi dialoqu stimullaşdırmaqla, siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüsü ilə zənginləşdirilməlidir.YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. Çıxış edənlər YAP GB-nin sədri Rüfət Muradov, şəhər 3 saylı məktəbin müəlliməsi Şəlalə Rəhimova və təhsil şöbəsinin müdir müavini Vahid Tağıyev bildirdilər ki, Ulu Öndərimiz Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi məktəbinin ən əsas sütunudur və ən böyük təsirə malik olan siyasi qüvvədir. Partiyanın keçdiyi şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir. Bu gün xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir. Yeni Azərbaycan Partiyası xalqı ciddi şəkildə narahat edən məsələlərin həllinə nail olmaq istəyindən meydana gəlmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin icraçısı cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Nə yaxşı ki, Azərbaycanda bizimlə yaşayan Heydər Əliyev siyasəti, onun layiqli davamçısı xalqının rifahını düşünən İlham Əliyev var, onun rəhbərlik etdiyi siyasi partiya var. Yeni Azərbaycan Partiyası Azərbaycanın tək bu gününün deyil, gələcəyinin partiyasıdır.
RƏFİQƏ