PDF Oxu

Siyasət

  • 2 174

“Heydər Əliyev və müasir Azərbaycan”

“Heydər Əliyev və müasir Azərbaycan”

YAP Gədəbəy rayon təşkilatı rayonun Aşıqlar Evində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzdülər. Tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev çıxış edərək bildirib ki, Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə çox böyük nüfuza sahib olan partiyadır. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçərək, xalqımızın qarşısında duran vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. İqtidar partiyası olaraq,Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək başqa bir partiya yoxdur. 29 illik zəngin və şərəfli inkişaf yoluna malik olan Yeni Azərbaycan Partiyasının ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etməsi təsadüfi xarakter daşımır. Hər şeydən əvvəl, Yeni Azərbaycan Partiyası milli maraqlara xidmət edən çoxşaxəli və səmərəli fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirib. Azərbaycanın dinamik inkişafına öz layiqli - dəyərli töhfələrini verən Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olmasını göstərən ən mühüm amillərdən biri onun öz sıralarında dilindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq bütün insanları birləşdirməsidir. Bu, partiyanın yüksək nüfuzunu əks etdirən başlıca göstəricilərdəndir.Daha sonra çıxış edən Gədəbəy RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günə qədər keçdiyi çətin yoldan, zamanın sınağından danışıb. Həmin dövrə qədər Azərbaycanda baş verən hadisələri xüsusilə qeyd edib.Tədbirdə Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, YAP Gədəbəy rayon təşkilatı ərazi ilk partiya təşkilat sədrləri Baxış Nağıyev, Məlahət Əliyeva və Namiq Rüstəmov çıxış edərək bildiriblər ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək cəmiyyətin ən aparıcı qüvvəsinə çevrilmişdir. Partiyanın böyük nüfuza malik olması onun yaradıcısı Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

RÖVŞƏN

Digər xəbərlər