“Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü münasibətilə başda partiya sədrimiz cənab Prezident İlham Əliyev olmaqla bütün partiya üzvlərini ürəkdən təbrik edirəm. 29 illik zaman kəsiyində Yeni Azərbaycan Partiyası Azərbaycanın bərpası tarixinə bələdçilik edib”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası müstəqilliyin bərpası, möhkəmləndirilməsi, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi, günü-gündən siyasi nüfuzunun və iqtisadi çəkisinin artmasında kifayət qədər önəmli rol oynayan siyasi bir qüvvəyə çevrilib: “Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, regionun ən böyük siyasi təşkilatlarındandır və bu təşkilat Azərbaycanın siyasi həyatında kifayət qədər nüfuz qazanıb. Bu gün cənab Prezidentin sədrliyi ilə partiya çox möhtəşəm tarixi hadisələrə imza atıb. Bu hadisələr əsrlər boyu Azərbaycanın tarixində yaşayacaq”.V.Rəhimzadə vurğulayıb ki, bu il Yeni Azərbaycan Partiyası 29 yaşını möhtəşəm Zəfərin 1 ili ərəfəsində qeyd edir: “Bu çox böyük tarixi hadisədir. Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək, xalqına, dövlətinə, millətinə xidmət etmək deməkdir. Bu partiya dahi şəxsiyyətin, böyük dövlət adamının qurub-yaratdığı partiyadır və bu partiyanın üzvü olmaq çox şərəflidir. Partiyamızın üzvləri yaşadıqları, fəaliyyət göstərdikləri ərazilərdə çox böyük nüfuz sahibi olan, hörmət edilən insanlardır. Bu gün Yeni Azərbaycan Partiyası öz missiyasını uğurla yerinə yetirir və Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə var gücü ilə öz töhfəsini verir. Partiya üzvlərimizin ən gəncindən ən yaşlısına qədər hər kəs öz məsuliyyətini dərk edir və partiyanın işinə öz töhfəsini verməyə çalışır”.
Müəllif: Aysel Məmmədova