Siyasət

  • 2 010

Yeni Azərbaycan Partiyası uğurlar və zəfərlər partiyasıdır

image


Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü ilə əlaqədar YAP Nəsimi rayon təşkilatı veteranları ilə gənclərin görüşü keçirilib. Tədbir iştirakçıları tərəfindən Yeni Azərbaycan Partiyasının Qurucusu Ulu Öndər Heydər Əliyevin təşkilatın foyesindəki büstü ziyarət edilib, əziz xatirəsi yad olunub. Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbir Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümünə həsr edilmiş video-çarxla başlayıb.Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov açaraq Azərbaycanın ciddi sınaqlara məruz qaldığı bir zamanda yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yola nəzər salıb: "29 il bundan əvvəl yaradılan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən YAP müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin olan yol keçib. O vaxtkı iqtidarın səristəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər elə bir vəziyyət yaratmışdır ki, hətta Azərbaycana dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi yaratmışdır. 1992-ci il noyabrın 21-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi o zaman yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, ölkəmizin müqəddəratının dəyişməsinə aparan yolun başlanğıcı oldu".A.Süleymanov 29 illik tarixi yolda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadığını və qələbələr partiyası olduğunu diqqətə çatdırıb. Rayon təşkilatının sədri veteran partiya üzvlərinin problem və qayğıları ilə maraqlanaraq hər zaman onlara dəstək olacaqlarını bildirib. A.Süleymanov Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin xüsusi yanaşması nəticəsində gənc nəslin partiya veteranlarının siyasi təcrübəsindən geniş yararlana bilməsi üçün YAP-da Veteranlar Şurası yaradıldığını qeyd edib.Tədbirdə çıxış edən Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov YAP-ın nüfuzunun gündən-günə artdığını bildirib. O, YAP Nəsimi rayon təşkilatının rayonun ictimai-siyasi həyatında fəal şəkildə iştirak etdiyini diqqətə çatdırıb.Azərbaycan Dillər Universiteti rektorunun müşaviri-partiya veteranı Ələddin Əliyev, partiya veteranı Sevinc Əbilhəsənova çıxış edərək partiyanın yaranma tarixindən söz açaraq, gənclərə dəyərli məsləhət və tövsiyələrini veriblər.Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi gənc partiya üzvü Rüfət Rüstəmov veteranların dəyərli söhbətlərindən məmnun olduqlarını ifadə edərək, gənclərin vətənpərvər ruhda yetişməsi üçün bu görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər