Dekabrın 15-də Brüsseldə ən yüksək səviyyədə Bakı-İrəvan sammitinin keçirilməsinə Azərbaycanın razılıq verdiyi barədə Rusiya mətbuatı yazır. SİA xəbər verir ki, Rusiyaya məxsus RİA Novosti Agentliyi yazır ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
RİA Novosti Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına istinadən yazır ki, 2021-ci il noyabrın 19-da Avropa İttifaqının prezidenti Şarl Mişel ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub və Avropa İttifaqı Şurasının sədri bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etmək təklif irəli sürüb.
Rusiyaya məxsus mətbuat səhifəsi qeyd edir və eləcə də etiraf edir ki, Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu cür təmasları alqışlayır, bu baxımdan, Azərbaycan tərəfi Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderlərinin görüşünün təşkili ilə bağlı Aİ Şurası sədrinin təklifinə razılıq verib. Xatırladılır ki, Brüssel sammiti çərçivəsində Azərbaycanın post-münaqişə dövrünün reallıqlarında mövqeyi dövlətimizin başçısı tərəfindən dəfələrlə, o cümlədən beynəlxalq platformalarda səsləndirilib və inanılır ki, gözlənilən Brüssel sammiti və bu çərçivədə planlaşdırılan görüş əlavə imkanlar yaradacaq.