YAP Oğuz rayon təşkilatı tərəfindən, Partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatında partiyanın təsis olunmasının 29-cu ildönümü münasibətilə, tədbir keçirilib. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin üzvü Aqiyə Naxçıvanlı, ərazi partiya təşkilat sədrləri, Partiya verteranları və fəallar iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən, əvvəlcə, Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzülüb.
Sonra tədbir, YAP-ın qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.
Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri vəzifələrini icra edən Saleh Məhərrəmov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqımıza Azərbaycan tarixinin ən möhtəşəm səhifəsini, unudulmaz anlarını yaşadıb. Xalqın təkidi tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkəmizdə vətandaş müharibəsinin qarşısını aldı, dövlətimizi bəlalardan xilas etdi. Azərbaycanın üçrəngli bayrağını bütün dünyaya tanıtdı. Bu gün Heydər Əliyev irsinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev Azərbaycanımızı daha da inkişaf etdirdi. Qətiyyətli, uzaqgörən siyasəti nəticəsində rəşadətli Ordumuzun qüvvəsi sayəsində 44 günlük müharibədə düşmən tapdağı altında olan ərazilərimiz azad edildi.
Daha sonra tədbirdə Oğuz rayon İcra Hakimiyyəti başçısının Eyvaz Qurbaov, Partiya veteranı, Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azad Əliyev, ilk partiya təşkilat sədri Kəmalə Cəfərova və Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimli adına məktəbin müəllimi Elnur İsrafilov çıxış edərək bildiriblər ki, YAP-ın yaranması, yüksək səviyyədə təşkilatlanması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Çıxış edənlər partiyamızın Sədri, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə qürur duyduqlarını və hər kəsi bundan sonra da dövlət başçısının ətrafında daha sıx birləşməyə çağırıblar.
Zümrüd Bayramova